Ermənistanın xüsusi parlament komissiyası 2020-ci ildən bəri Qarabağda hərbi əməliyyatların nəticələri ilə bağlı araşdırmanı başa çatdırıb.
“Füyuzat”ın məlumatına görə, bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri Andranik Köçəryan deyib.
“Xüsusi komissiya araşdırmanı başa çatdırıb və parlamentə təqdim olunacaq hesabat hazırlayıb. Hesabat oktyabrda təqdim ediləcək, lakin bəzi sənədlər məxvi qalacaq”, – Köçəryan bildirib.