Xəbərlər

Ermənistan Rusiyaya yeni səfir təyin edib

Ermənistan Baş naziri Nikol Paşinyanın fraksiyasından olan keçmiş deputat Qurgen Arsenyan Rusiyaya səfir təyin edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan sərəncam imzalayıb.

“Nikol Paşinyanın təklifi əsasında Qurgen Arsenyan Ermənistan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, – Xaçaturyanın sərəncamında deyilir.