Xəbərlər

Ermənistan və Fələstin diplomatik münasibətlər qurublar

Ermənistan və Fələstin diplomatik münasibətlər qurduqlarını elan ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müvafiq kommünike Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Fələstinin baş naziri Məhəmməd Mustafa tərəfindən imzalanıb.

Həmsöhbətlər regiondakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar.