Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qırğızıstanın Xarici işlər naziri Jeenbek Kulubayevə İrəvan və Bakının əldə etdiyi razılaşmanın detallarını barədə məlumat verib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Söhbət zamanı Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin və sülhün yaradılmasına dair sazişin paraflanmasından, nəqliyyat kommunikasiyalarının aktivləşməsi halında açılacaq imkanlardan danışılıb”, – məlumatda qeyd olunub.
Həmsöhbətlər ikitərəfli gündəlikdəki məsələləri də müzakirə ediblər.



