Xəbərlər

Ermənistan və Türkiyə liderlərinin Nyu-Yorkda görüşü olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ-ın Nyu-York şəhərində görüş olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə Nikol Paşinyan özünün “Telegram” kanalında məlumat yayıb.

Danışıqlar BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsində baş tutub. Görüş “Türk Evi”ndə baş tutub. Təfərrüatlar hələlik açıqlanmayıb.

Xatırladaq ki, iyunun ortalarında Paşinyan və Ərdoğan arasında telefon danışığı olub və onlar ilkin şərt olmadan ölkələr arasında münasibətləri normallaşdırmaq əzmində olduqlarını təsdiqləyiblər.