Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Yaponiyanın Baş naziri Şiqeru İşiba ilə Tokioda görüşüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
İşiba Paşinyanın Yaponiyaya səfərini alqışlayıb və bunun Ermənistan-Yaponiya münasibətlərinin ardıcıl inkişafı və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsi üçün yaxşı fürsət olduğunu vurğulayıb.



