Xəbərlər

Ermənistan XİN: “3+3”ə ev sahibliyi etməyə hazırıq

“Ermənistan Xarici İşlər Nazirliyində nazirlərin “3+3″ formatında görüşünün dəqiq tarixi və yeri barədə məlumat yoxdur, ancaq belə bir görüşə ev sahibliyi etməyə hazırıq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi “Sputnik Ermənistan”ın yazılı sorğusuna cavabında bildirib.

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan İRNA-ya müsahibəsində deyib ki, “3+3” formatında növbəti görüş istər İrəvanda, istərsə də Bakıda baş tuta bilər.

“Ermənistan Respublikası “3+3″ regional məşvərət platformasının nazirlərin növbəti iclasına ev sahibliyi etməyə hazır olduğunu bildirib. Azərbaycan Respublikası da analoji hazırlığını bildirib”, – XİN-dən “Sputnik Ermənistan”a bildirilib.

Xarici İşlər Nazirliyi əlavə edib ki, görüşün tarixləri və yerini müəyyən etmək üçün müzakirələr aparılacaq.