Xəbərlər

Ermənistan XİN başçısı Nyu-Yorka işgüzar səfər edib

İyulun 15-16-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda işgüzar səfərdə olacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mirzoyan Ermənistan hökuməti adından 2030-cu il Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına dair üçüncü Könüllü Milli İcmalını (VNR) təqdim edəcək.

Əlavə təfərrüatlar verilməyib.