Xəbərlər

Ermənistan XİN: Ermənistan razılaşmaları yerinə yetirəcək

Ermənistan Respublikası Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi çərçivəsində əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsinə sadiq olduğunu və eynisini Ankaradan da gözlədiyini bəyan edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd edilib ki, Ermənistan XİN-i Ankaradan diplomatik pasportu olan şəxslər üçün Ermənistan–Türkiyə quru sərhədinin açılmasını da gözləyir.