Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin baş katibi Gerasim Mkrtçyan istefa edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
Verilən məlumata görə, istefa ərizəsini təqdim etməzdən əvvəl Mkrtçyan qalmaqal yaradıb və öz postunu tərk etmək istəməyib. Mənbələrə əsasən, onun işdən çıxarılmasının təşəbbüskarı strukturun yeni rəhbəri Artur Naapetyan ola bilər. Naapetyanın başlatdığı genişmiqyaslı kadr dəyişikliyi prosesi çərçivəsində adları əvvəllər qalmaqallarda hallanmış əməkdaşlar da ixtisar edilirlər.