Xəbərlər

Ermənistanda Paşinyanın istefası tələb olunur

Bazar ertəsi Ermənistanın hər tərəfində arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi anti-hökumət aksiyaları keçirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə məlumatlar Ermənistan mətbuatında yer alıb.

Ermənistan polisinin bildirdiyinə görə, ölkənin baş naziri Nikol Paşinyandan istefa tələb edən 226-ya yaxın etirazçı saxlanıb. Onların arasında müxalif Ermənistan fraksiyasının üzvü Aşot Simonyan da var.

“Saxlanılanların hamısı polisin qanuni tələblərinə itaətsizlik etdilər”, – nazirlik bildirib.

Arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi etiraz aksiyaları Bakı və İrəvan sərhədin delimitasiyası barədə razılığa gəlməsindən sonra başlayıb.