Xəbərlər

Ermənistanda qərbyönümlülər Rusiya bazasının ölkədən çıxarılması üçün etirazlara başlayır

Ermənistanda Rusiya əleyhinə qatı mövqeyi ilə tanınan Arman Babacanyan başda olmaqla qərbyönümlü qüvvələr avqustun 23-də Gümrüdə yerləşən Rusiyaya aid 102-ci hərbi bazaya qarşı etiraz aksiyası keçirərək, bazanın ölkədən çıxarılmasını tələb edəcəklər.

“Füyuzat”ın məlumatına görə, bu barədə yerli KİV məlumat yayıb.

Qeyd edilib ki, həmişə Rusiya əleyhinə çağırışlar, fikirlər səsləndirən Arman Babacanyan sonuncu dəfə mayın 21-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın görüşü zamanı Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) binası qarşısında, həmçinin Valentina Matvienkonun Ermənistana səfəri zamanı isə Milli Assambleyanın qarşısında belə etiraz aksiyaları keçirib.