“Kilsənin ələ keçirilməsi Türkiyəyə birbaşa yol açır, bunun ardınca isə strateji obyektlər Ermənistanın yeni sahibinə təhvil verilməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu erməni politoloq Stepan Danielyan “Facebook” səhifəsində yazıb.
“Hər şey aydın və birmənalıdır. 2026-cı ilə qədər iqtidar bunları edəcək:
- bütün rəqibləri parçalamaq və qorxu mühiti yaratmaq,
- xarici sponsor tapmaq.
- xarici sponsor üçün ən yaxşı və real namizədlər Türkiyə və Azərbaycandır. Niyə qarşıya qoyulan tələbləri yerinə yetirməklə Türkiyənin təsir dairəsinə girməliyik ki?
Ölkə daxilində diktatura bərqərar olduqdan sonra son müqavimət mərkəzləri qalır ki, onlar da nəzarət altına alınmalıdır.
Həmin müqavimət mərkəzləri kilsə və diasporadır. Diasporun da institusional əsasını kilsə təşkil edir.
Kilsənin ələ keçirilməsi Türkiyəyə birbaşa yol açır, bunun ardınca isə strateji obyektlər Ermənistanın yeni sahibinə təhvil verilməlidir.
Strateji obyeklərə aşağıdakılar aiddir:
- elektrik şəbəkələri,
- su idarəsi,
- elektrik stansiyaları,
- dəmir yolu.
Bundan əlavə, daha iki problemi həll etmək lazım olacaq:
- atom elektrik stansiyasını bağlamaq və,
- Zəngəzur dəhlizini açmaq.
Bütün bunlar edildikdən sonra, 2026-cı ildə iqtidar məqsədlərinə çatacaq”, – politoloq qeyd edib.