Xəbərlər

Ermənistandan İran və Livana uçuşlar davam edir

“İrəvanın Zvartnots Beynəlxalq Hava Limanından Tehran və Beyruta uçuşlar adi qaydada həyata keçirilir”.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistan Mülki Aviasiya Komitəsinin rəhbərinin köməkçisi Lilit Ağabekyan söyləyib.

“Hazırda uçuşlar həmişəki kimi davam edir, lakin hər hansı bir ölkə öz hava məkanını bağlasa, vəziyyət dəyişə bilər”, – Lilit Ağabekyan deyib.