Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya səfər edib. O, cümə axşamı və şənbə günləri Fransada müvafiq görüşlər keçirəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
Ziyarət çərçivəsində Ermənistan Baş naziri Fransa Prezidenti Emmanuel Makron və Baş nazir Mişel Barnierlə görüşəcək.
Həmçinin Paşinyan “La Francophonie” beynəlxalq təşkilatının növbədənkənar sammitində iştirak edəcək.