Ermənistan hakimiyyəti Belarusdakı səfirini məsləhətləşmələr üçün İrəvana çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan jurnalistlərə bildirib.
“Ermənistanın Belarusdakı səfiri Razmik Xumaryan məsləhətləşmələr üçün İrəvana çağırılıb”, – Badalyan qeyd edib.
Ermənistanın baş naziri Nikol Paşinyan cümə axşamı parlamentdə deyib ki, Aleksandr Lukaşenko prezident olduğu müddətdə nə o, nə də ölkənin digər rəsmiləri Belarusa səfər etməyəcəklər.