Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan yeni Konstitusiyanın hazırlanmasının zəruriliyini bəyan edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Dəfələrlə qeyd etdiyim kimi, bizim vəzifəmiz yeni Konstitusiyanın mətninin seçkilərə qədər hazır olmasıdır, işimiz bu istiqamətdə qurulmalıdır”, – nazir yanvarın 14-də keçirdiyi mətbuat konfransında deyib.