Ermənistan İstintaq Komitəsi daha 7 vətəndaşın terrorçuluqda şübhəli bilinərək saxlanıldığını açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, komitə bu barədə mətbuata açıqlamasında bildirib.
“Hazırda 7 nəfər saxlanılıb, onlardan biri Cinayət Məcəlləsinin 43-308-ci maddəsinin 1-ci hissəsi ilə ittiham olunub”, – idarədən bildirilib.
Saxlanılanların hamısı müxalif Daşnaksütyun partiyasının üzvləridir.



