Xəbərlər

Ersin Tatar: İƏT Sammitində yüksək səviyyədə iştirakımız diplomatik qələbədir

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Toplantısında iştirakı nəticəsində ölkəsi üçün qazanılan uğurlarlardan danışıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ersin Tatar mətbuata açıqlama verib.

İƏT-in toplantısında Asiyadakı türk cümhuriyyətlərinin, Pakistan və İranın dövlət başçıları ilə görüşdüyünü qeyd edən Tatar deyib: “Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oturduğu ərazidə dalğalanan ŞKTC bayrağı və mənim ölkəmi rezident kimi təmsil etməyim, orada dövlətimizin başçısı kimi iştirakım dövlətimizin statusunun yüksəlməsinin əlamətidir. Çox xoşbəxt oldum”.