Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısındakı çıxışına görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana və ev sahibi kimi göstərdiyi diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ersin Tatar keçirdiyi mətbuat konfransında danışıb.
“Mən Azərbaycan prezidenti İlham Əliyevə və Azərbaycan xalqına göstərdikləri yaxın maraq və qonaqpərvərliyə görə təşəkkür etmək istəyirəm”, – o bildirib.