“Estoniya hakimiyyəti təhlükəsizlik şəraiti və Kiyevin müvafiq hazırlığının təmin edilməsi şərti ilə Ukraynaya hərbi personal göndərməyə hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Baltikyanı respublikanın müdafiə naziri Hanno Pevkur Aİ xarici işlər və müdafiə nazirlərinin qeyri-rəsmi görüşünə gələrkən deyib.
“Estoniya bəyan edib ki, biz bu məsələyə baxmağa, sonra isə Ukraynaya getməyə hazırıq. İlk növbədə, ukraynalılar buna hazır olmalıdırlar. Bu, həm logistika, həm də təhlükəsizlik baxımından ciddi səylər tələb edən irimiqyaslı əməliyyatdır”, – o əlavə edib.



