Xəbərlər

Estoniya: Rusiya ilə sərhədi tamamilə bağlamaq üçün heç bir səbəb yoxdur

“Estoniya Daxili İşlər Nazirliyi (DİN) Rusiya ilə sərhəddə sərhəd-keçid məntəqələrinin bağlanması üçün heç bir səbəb görmür”.

“Füyuzat”ın məlumatına görə, bunu Estoniya Daxili İşlər Nazirliyinin departament rəhbəri Janek Maqi deyib.

“Daxili İşlər Nazirliyi təhdidlərin qiymətləndirilməsinə əsasən qərar qəbul edir. Hazırda şərq sərhədinin Rusiya Federasiyası ilə olan hissəsinin bağlanmasını tələb edəcək heç bir təhlükə yoxdur”, – Maqi qeyd edib.