NATO-nun “Qəzəbli canavar” hərbi təlimlərinin avqustun 19-dan 23-dək Estoniyada keçiriləcəyi bildirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “ERR” portalı məlumat yayıb.
Həmçinin qeyd edilib ki, Baltikyanı ölkələrdə ildə iki dəfə “Qəzəbli canavar” təlimləri keçirilir. Bu təlimlər əməkdaşlığın dərinləşdirilməsinə və NATO qüvvələrinin Estoniya, Latviya və Litvadakı müxtəlif hərbi elementlərinin qarşılıqlı inteqrasiyasına yönəlib.