Xəbərlər

Etirazlara görə Eyfel qülləsi bağlanıb

Parisin əsas turistik məkanı olan Eyfel qülləsi cümə axşamı etirazlar səbəbindən ziyarətçilər üçün bağlanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Eyni zamanda, qüllənin altındakı ərazi axşam saat 21:00-a qədər (Bakı vaxtı ilə 23:00) ziyarətçilər üçün açıq qalır.

Qeyd edək ki, sentyabrın 18-də Fransada hökumətin təklif etdiyi qənaət tədbirlərinə etiraz olaraq ümummilli tətil keçirilir. Hakimiyyət ölkə daxilində nümayişlərə təxminən 900 min insanın qatılacağını gözləyir. Asayişi qorumaq üçün Daxili İşlər Nazirliyi 80 mindən çox polis və jandarm, həmçinin zirehli texnika və pilotsuz təyyarələr yerləşdirir.