Xəbərlər

Evin üzərinə düşən meteorid Yerdən daha yaşlı imiş

İyun ayında ABŞ-ın Corciya ştatında bir evin üzərinə meteorit parçası düşüb. Kosmos qalığını tədqiq edən alimlərin fikrincə, o, Yerdən daha yaşlıdır.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, Atlantanın cənubunda, Henri qraflığında, McDonough şəhərində bir evin damına meteroit parçaları düşüb. Nəticədə yerdə böyük bir çuxur yaranıb.

Corciya Universiteti Franklin İncəsənət və Elmlər Kolleci Meteorologiya Departamentinin tədqiqatçısı Scott Harris parçaları tədqiq edib və meteoritin 4,56 milyard il əvvəl yarandığı qənaətinə gəlib.

Onun fikrincə, dünya cəmi 4,543 milyard yaşındadır. Burdan da belə bir nəticə çıxır ki, bu meteroit dünyadan yaşlıdır.

“Meteoridin atmosfer qatına daxil olması və McDonough-a düşməsini tam başa düşmək üçün qayanın nə olduğunu araşdırmaq və onun hansı asteroid qrupuna aid olduğunu müəyyən etmək lazımdır”, – Harris bildirib.

Parçaları optik və elektron mikroskopiyadan istifadə edərək təhlil edən Harris meteoritin adi bir aşağı metal kondrit olduğuna inandığını söyləyib.

“O, Mars və Yupiter arasındakı əsas asteroid qurşağındakı bir qrup asteroidə aiddir. Düşünürük ki, hadisəni daha böyük asteroidin təxminən 470 milyon il əvvəl parçalanması ilə əlaqələndirə bilərik”, – Harris əlavə edib.

Qeyd olunub ki, meteoridin səsi və titrəməsi yaxın məsafədən atəş eşidilən silah səsinə bərabər olub.

“McDonough” adlı meteorit Corciya ştatı tarixində tapılan 27-ci meteoritdir.

Qeyd edək ki, bölgəyə düşən meteoridin digər parçaları Kartersvildəki Tellus Elm Muzeyində ictimaiyyətə nümayiş etdiriləcək.