Xəbərlər

EXİT POLL: Seçicilərin 48 faizi Harrisi, 41 faizi isə Trampı dəstəkləyir

ABŞ-da aparılan sorğuya görə, seçicilərin 48 faizi Kamala Harrisi, 41 faizi isə onun rəqibi Donald Trampı dəstəkləyir.

“Füyuzat”ın məlumatına görə, bu barədə Associated Press (AP) agentliyinin NORC İctimai Əlaqələr Mərkəzi ilə birgə yaydığı məlumatda bildirilib.

Məlumata görə, Harrisi dəstəkləyən Demokrat seçicilərin səsvermə nisbəti yüzdə 83 olduğu halda, respublikaçıların 80 faizi Trampın qalib gələcəyini düşünür.

AP-nin NORC İctimai Əlaqələr Mərkəzi ilə keçirdiyi əvvəlki sorğuda amerikalıların Trampı iqtisadiyyatı idarə etməkdə, Harrisi isə demokratiyaya sadiqliyinə görə yüksək qiymətləndirdiklərini qeyd ediblər.