Xəbərlər

Fələstin: BMT Təhlükəsizlik Şurası İsrailə təzyiq göstərməlidir

“BMT Təhlükəsizlik Şurası Yaxın Şərqdə genişmiqyaslı regional müharibəyə sürüklənməmək üçün beynəlxalq səylər göstərməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Fələstinin Özbəkistandakı səfiri Cavad Avad bildirib.

“BMT Təhlükəsizlik Şurası İsrailə təzyiq göstərməlidir, əks halda İsrail Fələstin xalqı üçün amansız qan tökülməsinə səbəb olacaq və biz ən təhlükəli eskalasiya ilə üzləşəcəyik”, – səfir qeyd edib.