Fələstin Milli Administrasiyası (PNA) Qətərin “Əl-Cəzirə” televiziyasının Fələstin ərazisində yayımını dayandırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə WAFA xəbər agentliyi məlumat yayıb.
Qeyd edilib ki, telekanalın yayımına müvəqqəti qadağa barədə qərarı Daxili İşlər, Mədəniyyət və Telekommunikasiya nazirliklərinin əməkdaşlarından ibarət komitə qəbul edib.
Onların fikrincə, “Əl-Cəzirə” “dəfələrlə təxribat xarakterli reportajlar yayımlayıb və etibarsız məlumatlar və PNA-ya qarşı üsyana çağırışlar yayıb.
“Əl-Cəzirə” kanalının rəhbərliyi Fələstin hakimiyyətinin bu qərarına hələlik münasibət bildirməyib.