Xəbərlər

Fələstin Prezidenti matəm elan edib

Fələstin Prezidenti Mahmud Abbas Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə əlaqədar ölkədə matəm elan edib və bayraqların yarıya endirilməsini əmr edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə WAFA agentliyi məlumat yayıb.

Qeyd edilib ki, matəm avqustun 1-dək davam edəcək.