Fələstin beynəlxalq ictimaiyyəti münaqişənin həll olunması ilə bağlı mümkün qədər tez bir zamanda konfrans çağırmağa səsləyib.
“Füyuzat”ın məlumatına görə, bunu Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl deyib.
“Qəzza zolağında şahidi olduğumuz fəlakətdən sonra beynəlxalq ictimaiyyət Fələstin probleminin sülh yolu ilə həllini həyata keçirmək üçün dərhal, mümkün qədər tez bir zamanda beynəlxalq konfrans çağırmağa borcludur”, – səfir bildirib.
Səfir həmçinin qeyd edib ki, Qəzza zolağının ideal şəraitdə bərpası üçün ən azı 80 milyard dollar vəsait və 5-6 il vaxt lazımdır.