Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra Avropa ölkələrinin Ukraynaya dəstək xərclərinin arta biləcəyini istisna etməyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
“Avropa Ukraynaya çox böyük xərclər çəkib. ABŞ-da seçkilərinin nəticələrindən asılı olaraq, bu xərclər arta bilər”, – türk nazir deyib.