“Prezident seçkilərindən sonra ABŞ öz hərbi kontingentini İraq və Suriyadan çıxarmaq barədə düşünə bilər”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Prezident seçkilərindən sonra Birləşmiş Ştatlar qoşunlarını İraq və Suriyadan çıxarmaq barədə düşünə bilər. Onlar İranın təsir dairəsində olan regionda öz hərbi mövcudluğunu istəmirlər”, – nazir bildirib.
Qeyd edilib ki, ABŞ 2025-ci ildə Bağdad hakimiyyətinin nəzarətində olan ərazidən, 2026-cı ildə isə etnik kürdlərin yaşadığı ərazilərdən qoşunların çıxarılması məsələsini müzakirə edir.