“Ermənistan və Azərbaycan razılaşmağa yaxındır”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
“Biz danışıqlar prosesini fəal şəkildə dəstəkləyirik və tərəflərin sərhəd məsələsində razılığa doğru getdiyini görməkdən məmnunuq. Ankara sülh yolu ilə nizamlanmanı Cənubi Qafqazda sabitliyin mühüm amili hesab edir”, – nazir qeyd edib.
Nazir Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını bir daha İrəvanla Bakı arasında aparılan danışıqların nəticələri ilə əlaqələndirərək, Ermənistan və Azərbaycan arasında sülh sazişinin İrəvanla Ankara arasında münasibətlərin yaxşılaşmasına yol açacağını vurğulayıb.
Qeyd edək ki, noyabrın 5-də Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi alıb.