Xəbərlər

Fidan: Rusiya və Türkiyə Yaxın Şərq və Afrika ilə bağlı məsələləri müzakirə edəcək

“Rusiya və Türkiyə iki ölkənin nümayəndə heyətlərinin görüşündə Yaxın Şərq və Afrikanı müzakirə edəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

“Biz ölkələrimiz arasında çoxşaxəli əlaqələr sayəsində bir çox regional və qlobal məsələləri müzakirə edə biləcəyik. Enerji və ticarət məsələlərinə, həmçinin Yaxın Şərq və Afrika problemlərinə də toxunacağıq”, – nazir bildirib.