Xəbərlər

Fidan: Suriyada hakimiyyət dəyişikliyi zamanı Rusiya rasional siyasət apardı

“Rusiyanın Suriyada hakimiyyət dəyişikliyi zamanı apardığı siyasət rasionaldır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə müsahibəsində deyib.

“Rusiya sonda bu qərara gəldi ki, Bəşər Əsədi dəstəkləmək artıq nə Rusiyaya, nə də regiona fayda gətirir. Hələbin ələ keçirilməsindən sonra rusların buna qarşılıq vermək üçün bölgədə hərbi potensialı var idi və onlar bundan istifadə edə bilərdilər, amma rasional davrandılar”, – nazir əlavə edib.