ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan Rio-de-Janeyroda keçirilən G20 konfransı çərçivəsində Cənubi Qafqazda layiqli və davamlı sülhün bərqərar olmasını müzakirə ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin bəyanatında deyilir.
“Dövlət katibi və xarici işlər naziri Livandakı münaqişənin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə tam uyğun şəkildə və sərhədin hər iki tərəfindəki vətəndaşların öz evlərinə qayıtmasına imkan verən diplomatik həllinin zəruriliyini müzakirə ediblər. Onlar həmçinin Qəzzada davam edən humanitar səyləri və müharibənin dayandırılması və bütün girovların azad edilməsinin təmin edilməsinin vacibliyini bildiriblər. Tərəflər həmçinin Cənubi Qafqazda layiqli və davamlı sülhün bərqərar olmasının vacibliyini müzakirə ediblər”, – Miller qeyd edib.