“Fransanın Baş naziri Mişel Barnier Milli Assambleyada etimadsızlıq səsverməsindən sonra dekabrın 5-i səhər saatlarında istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Le Figaro” qəzeti Yelisey sarayındakı mənbəyə istinadən məlumat yayıb.
Qeyd edilib ki, sentyabrın 5-də Baş nazir təyin edilən 73 yaşlı Barnierin hökuməti Beşinci Respublika tarixində ən qısa hökumət olub, onun hakimiyyəti cəmi 90 gün davam edib.