“Rusiya qazının Ukrayna üzərindən Avropaya tranzitinin dayandırılması Rusiyaya yox, Aİ ölkələrinə ciddi təsir edəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Slovakiyanın Baş naziri Robert Fiko deyib.
Həmçinin bildirilib ki, milli qaz enerji sisteminin ən böyük operatoru olan Slovakiyanın SPP şirkəti Qazprom-dan tədarükün dayandırılması fonunda Almaniya və Macarıstandan alternativ marşrutlar vasitəsilə müştərilərə qaz tədarük etmək niyyətindədir.
Verilən məlumata görə, Rusiya qazının Ukrayna vasitəsilə Avropaya tranziti Moskva vaxtı ilə saat 08:00-da tamamilə dayandırılıb.