“Qaz tranziti ilə bağlı problemlər həll olunmasa, Slovakiya Ukraynaya qarşı sərt tədbirlər görəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” agentliyi Slovakiyanın Baş naziri Robert Fikoya istinadən məlumat yayıb.
Fikonun sözlərinə görə, tədbirlərə humanitar yardımın, həmçinin qaçqınlara dəstəyin dayandırılması və ya azaldılması daxil ola bilər. Bundan əlavə, Slovakiya Ukraynaya təcili elektrik enerjisi tədarükünü dayandıra bilər.
“Biz Ukrayna ilə bağlı məsələlərdə Avropa İttifaqında veto hüququmuzdan istifadə edə bilərik”, – deyə Fiko qeyd edib.