“Serbiya çoxdandır ki, Avropa İttifaqına (Aİ) üzv olmağa hazırdır, lakin onun birliyə daxil olma vaxtı Belqradın suveren mövqeyinə görə siyasi məsələyə çevrilib”.
“Füyuzat”ın məlumatına görə, bunu Slovakiyanın Baş naziri Robert Fiko deyib.
“Serbiya suveren ölkə olduğu üçün öz fikrini bildirir və ərazi bütövlüyünə hörmət edir. Bütün bunlara rəğmən, Serbiya təşkilata qoşulmağa hazırdır”, – nazir əlavə edib.