“Slovakiya Ukrayna üzrə sülh danışıqlarına qonaqpərvərliklə ev sahibliyi edəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə respublikanın Baş naziri Robert Fiko “Facebook”da yazıb.
“Əgər kimsə Slovakiyada Ukrayna üzrə sülh danışıqlarını təşkil etmək istəsə, o zaman biz hazır və qonaqpərvər olacağıq”, – Fiko qeyd edib.
Baş nazir daha sonra həmvətənlərinə videomüraciətində vurğulayıb ki, xarici səfərləri və beynəlxalq sammitlərdəki çıxışları zamanı Ukraynadakı münaqişəyə son qoymaq imkanlarından danışıb. O, yanvarda Türkiyəyə gözlənilən səfəri zamanı və fevralda Vatikanda Papa ilə görüşdə bu mövzunu müzakirə etməyə davam edəcək.