Xəbərlər

Fiko: Ukrayna ərazisinin üçdə birini itirəcək

“Ukrayna Rusiya Federasiyası ilə münaqişə nəticəsində ərazisinin üçdə birini itirəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Slovakiyanın Baş naziri Robert Fiko deyib.

“Düşünürəm ki, Ukrayna öz ərazisinin üçdə birini itirəcək, buna baxmayaraq ona təhlükəsizlik zəmanəti veriləcək. Ukraynadakı münaqişənin həlli yalnız atəşkəs və danışıqlar prosesinin başlanğıcı ola bilər. Ukrayna ölkə üçün yaxşı bitməyəcək sonluğa cəlb olundu. O, ərazisini itirəcək və NATO-ya dəvət edilməyəcək”, – Baş nazir əlavə edib.