“Ukrayna NATO-ya dəvət edilməyəcək, Rusiya Krımı və nəzarət etdiyi digər əraziləri tərk etməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Slovakiyanın Baş naziri Robert Fiko deyib.
“Ukrayna NATO-ya dəvət almayacaq, Rusiya Krımı və digər nəzarət edilən əraziləri tərk etməyəcək”, – deyən Fiko Ukraynanın öz ərazilərinin təxminən üçdə birini itirdiyini etiraf etməli olacağını vurğulayıb.
Fikonun fikrincə, münaqişənin davam etməsi Ukrayna üçün yaxşı deyil: “Bu ölkə ancaq ərazi itirəcək. Ukraynalılar mübarizə aparmaq istəsələr, daha pis olacaq”.
Fiko proqnozlaşdırır ki, Avropa İttifaqı Ukraynanı icmaya qəbul etmək planlarını həyata keçirmək üçün səyləri gücləndirəcək.