“Ukrayna NATO üzvü ola bilməz, lakin Slovakiya Avropa İttifaqına (Aİ) daxil olmaq məsələsində onunla əməkdaşlığa hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Slovakiyanın Baş naziri Robert Fiko Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.
“Yenə vurğulayıram, əvvəldən də demişəm ki, Ukrayna NATO-ya üzv ola bilməz. Bu, mənim son qərarımdır. Amma Aİ-yə daxil olmağa gəlincə, biz Ukrayna ilə əməkdaşlığa hazırıq”, – o əlavə edib.



