Filippin Sahil Mühafizəsi (PCG) Çin bayraqlı “Hong Hai 16” gəmisinin Occidental Mindoro sahillərində batması nəticəsində 4 nəfərin həyatını itirdiyini açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Filippin Xəbər Agentliyi (PNA) məlumat yayıb.
Bildirilib ki, gəmidəki 25 ekipaj üzvündən 14-ü sağ qalıb, 7 nəfər isə itkin düşüb.
Sahil təhlükəsizlik qrupları bölgədə xilasetmə işlərini davam etdirir.



