Xəbərlər

Filippin və Yaponiya birgə təlimlər keçirib

Filippin və Yaponiya Cənubi Çin Dənizində regional əməkdaşlığı gücləndirmək məqsədilə ilk dəfə birgə təlimlər keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Filippin Silahlı Qüvvələri məlumat yayıb.

“Hərbi Dəniz Qüvvələri tərəfindən təmsil olunan Filippinin Silahlı Qüvvələri və Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri 2 avqust 2024-cü ildə Qərbi Filippin dənizində (Cənubi Çin dənizi) ilk birgə əməliyyatlarını keçirib”, – bəyanatda qeyd edilib.