Xəbərlər

Filippində də meymun çiçəyinə yoluxma qeydə alınıb

Filippində ilk dəfə meymun çiçəyinə (mpox) yoluxma qeydə alınıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Filippin Səhiyyə Departamenti məlumat yayıb.

Açıqlamada xəstənin 33 yaşlı filippinli bir kişi olduğu və virusun növünü müəyyən etmək üçün araşdırmaların davam etdiyi vurğulanıb.

Həmçinin qeyd edilib ki, yoluxmanın simptomları bir həftə əvvəl qızdırma ilə özünü göstərməyə başlayıb, 4 gün sonra isə bədənin bəzi yerlərində səpgilər əmələ gəlib.