Xəbərlər

Filippində qasırğa fəlakəti: 1,2 milyon insan təxliyə edilib

Filippində quruya çatan Super Typhoon Man-Yi qasırğası səbəbiylə təxminən 1,2 milyon insan təxliyə edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.

Tayfun bir çox bölgədə dağıntılara və elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Qeyd edək ki, ölkədə 26 yerli və 2 beynəlxalq hava limanı müvəqqəti olaraq bağlanıb, bir çox reyslər dayandırılıb.