Xəbərlər

Filippot: Paris fransız qoşunlarını Ukraynaya göndərə bilər

“Paris və Kiyev ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yeni səlahiyyət müddəti ərəfəsində Ukraynaya fransız qoşunlarının göndərilməsi prosesini sürətləndirə bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot deyib.

“Trampın vəzifəyə başlaması ərəfəsində bütün dünyada, o cümlədən Gürcüstan, Rumıniya və Suriyadakı kəskin vəziyyəti nəzərə alsaq, bu tamamilə mümkündür. Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Volodimir Zelenski prosesi sürətləndirəcək, fransız əsgərləri Ukraynaya gedəcək”, – Filippot əlavə edib.