“Finlandiya-Rusiya sərhədi Finlandiya hakimiyyətinin ehtiyat etdiyi təhdidlərə görə yaxın gələcəkdə də bağlı qalacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Finlandiyanın Baş naziri Petteri Orpo bildirib.
“Təhlükənin qiymətləndirilməsi dəyişməyib. Rusiyanın hərəkətləri dəyişməyib. Ona görə də indi sərhədi hətta eksperimental olaraq da açmaq mümkün deyil”, – Baş nazir əlavə edib.